Rusiyada tanınmış müğənnilərin konserti bomba xəbəri səbəbindən yarımçıq dayandırılıb

Rusiyada tanınmış müğənnilərin konserti bomba xəbəri səbəbindən yarımçıq dayandırılıb "Leonid Aqutin və Anjelika Varum maşındadırlar və "Kosmos"a qayıtmaq üçün icazə gözləyirlər"
Region
29 Sentyabr , 2017 21:08
Rusiyada tanınmış müğənnilərin konserti bomba xəbəri səbəbindən yarımçıq dayandırılıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiyanın Yekaterinburq şəhərində tanınmış müğənnilər Leonid Aqutin və Anjelika Varumun konsert proqramı yarımçıq dayandırılıb.  

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə sənətçilərin qastrolunun konsert direktoru Tatyana Larina bildirib.

Onun sözlərinə görə, sentyabrın 29-da "Kosmos" teatrında müğənnilərin konserti zamanı binaya bomba qoyulması barədə məlumat daxil olub: "Biz binanın minalanmasına dair xəbəri təsdiq edirik. Anjelika Varum, Leonid Aqutin və tamaşaçılar evakuasiya edilib. Müğənnilər maşındadırlar və "Kosmos" teatrına qayıtmaq üçün icazə ğözləyirlər. Onlar konsert proqramının yalnız 1 saat 20 dəqiqəsini nümayiş etdirə bildilər". 

Son xəbərlər

Orphus sistemi