Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb - VİDEO - FOTO - YENİLƏNİB-3

Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb - VİDEO - FOTO - YENİLƏNİB-3 Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
Region
1 Dekabr , 2019 13:36
Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb - VİDEO - FOTO  - YENİLƏNİB-3

Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir. 

Hadisə Zabaykal diyarında, Sretensk rayonunda qeydə alınıb. Belə ki, sərnişin avtobusu körpüdən Kuenqa çayına aşıb. Hadisə zamanı avtobusda 43 nəfər olub. 

Faktla bağlı cinayət işi qaldırılıb. 


***12:35

Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 18 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb. Məlumata görə, hadisə zamanı 15 nəfər ölüb.

Hadisə Zabaykal diyarında, Sretensk rayonunda qeydə alınıb. Belə ki, sərnişin avtobusu körpüdən Kuenqa çayına aşıb. Hadisə zamanı avtobusda 43 nəfər olub.


***12:25

Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Bu barədə "Report" RİA Novosti"yə istinadən xəbər verir. 


***12:12

Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 10 nəfər ölüb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir. 

Qeyd edilir ki, hadisə Zabaykal diyarında, Sretensk rayonunda qeydə alınıb. Belə ki, sərnişin avtobusu körpüdən Kuenqa çayına aşıb. Qəza nəticəsində daha 5 nəfər xəsarət alıb. 

Hadisə zamanı avtobusda 43 nəfər olub. 

İlkin məlumata görə, hadisəyə avtobusun ön təkərinin partlaması səbəb olub. 

Son xəbərlər

Orphus sistemi