Yuxarı

Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var - VİDEO

Bakı. 2 dekabr. REPORT.AZ/ Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Krasnodarda, Mərkəzi mikrorayonda, Sülh küçəsində qeydə alınıb.

Avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 14 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti orta ağırdır.

Hələlik hadisənin başvermə səbəbi barədə geniş məlumat verilmir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi