​Rusiyada sərnişin avtobusu atəşə tutulub

​Rusiyada sərnişin avtobusu atəşə tutulub Bəzi sərnişinlərin üzərinə şüşə parçaları tökülüb
Region
3 İyun , 2015 04:56
​Rusiyada sərnişin avtobusu atəşə tutulub

Bakı. 03 İyun. REPORT.AZ/ Rusiyanın Saratov şəhərində sərnişin avtobusu naməlum şəxslər tərəfindən atəşə tutulub.

"Report" "Versiya-Saratov"a istinadən xəbər verir ki, hadisə şahidləri 6 saylı avtobusun şəhər parkı yaxınlığında yandan ötən minik avtomobili tərəfindən atəşə tutulduğunu bildiriblər.

İlkin məlumatlara görə, zərərçəkən yoxdur, lakin bəzi sərnişinlərin üzərinə şüşə parçaları tökülüb.

Son xəbərlər

Orphus sistemi