Rusiyada sərnişin avtobusu aşıb, xəsarət alanlar var

Rusiyada sərnişin avtobusu aşıb, xəsarət alanlar var İlkin məlumata görə, hadisə zamanı avtobusda 30 sərnişin olub
Region
22 Avqust , 2016 23:48
Rusiyada sərnişin avtobusu aşıb, xəsarət alanlar var

Bakı. 22 avqust. REPORT.AZ/ Rusiyanın Tula vilayətinin Venevsk rayonunda sərnişin avtobusu küvetə (şose və ya dəmiryolu boyunca gedən xəndək - Report) düşərək böyrü üstə çevrilib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı bir neçə nəfər xəsarət alıb.

İlkin məlumata görə, avtobusda 30 sərnişin olub. Hazırda nəqliyyat vasitəsinin kimə məxsus olması və hansı marşrutla hərəkət etməsi ilə bağlı araşdırma aparılır.

Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, təcili tibbi yardım və yol polisi işçiləri göndərilib.

Hələlik qəzada neçə nəfərin xəsarət alması ilə bağlı hər hansı məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi