Bakı. 26 fevral. REPORT.AZ/ Rusiyanın Komi Respublikasının Vorkuta bölgəsində "Sever" daş kömür mədənində baş verən uçqun nəticəsində ölənlərin sayı 4-ə çatıb, 26 şaxtaçının taleyindən xəbər yoxdur.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkovun sözlərinə görə, xilasedicilər mədəndə uçqun altında qalan şaxtaçılarla əlaqə yaratmağa çalışırlar.
Qeyd edək ki, qəza baş verən zaman şaxtada 110 nəfər olub. 80 şaxtaçı mədəndən sağ çıxarılıb.
"Severnaya" mədəni "Vorkutuqol" Açıq tipli Səhmdar Cəmiyyətinə məxsusdur.