Rusiyada "S-500" ZRS üçün yeni raketlər sınaqdan keçirilir

Rusiyada "S-500" ZRS üçün yeni raketlər sınaqdan keçirilir "S-500" yeni nəsil "yer-hava" ZRS-ə aiddir
Region
24 Aprel , 2017 12:54
Rusiyada S-500 ZRS üçün yeni raketlər sınaqdan keçirilir
Ria.ru

Bakı. 24 aprel. REPORT.AZ/ Rusiyada "S-500" yeni nəsil zenit-raket sistemi (ZRS) üçün yeni raketlər sınaqdan keçirilir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ZRS-in istehsalçısı olan "Almaz-Antey" hava-kosmik müdafiəsi konserninin baş konstruktoru Pavel Sozinov bildirib.

Qeyd edək ki, "S-500" yeni nəsil "yer-hava" ZRS-ə aiddir. O, özündə raketdən müdafiə potensialı çox yüksək olan, ballistik raketləri vurmağı bacaran sistemi ehtiva edir. ZRS həm də aerodinamik hədəfləri (təyyarə, helikopter, digər hava hədəfləri), eləcə də qanaqdlı raketləri vurmağa qadirdir.

Sistem 600 km-lik hədəfi vurma radiusuna malikdir və eyni anda saniyədə 7 km sürətlə uçan 10-a qədər ballistik supersəsli hədəfləri aşkar edib vurmağa qadir olacaq.

Son xəbərlər

Orphus sistemi