​Rusiyada "qondarma erməni" soyqırımının inkarına görə cəza tətbiq edilə bilər

​Rusiyada "qondarma erməni" soyqırımının inkarına görə cəza tətbiq edilə bilər Müvafiq qanun layihəsi Dövlət Dumasının gündəliyinə daxil edilib
Region
25 Noyabr , 2015 22:08
​Rusiyada qondarma erməni soyqırımının inkarına görə cəza tətbiq edilə bilər

Bakı. 25 noyabr. REPORT.AZ/ "Ədalətli Rusiya" partiyası 1915-1922-ci illərdə Türkiyə tərəfindən törədildiyi iddia edilən qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə 500 min rubla qədər cərimə və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzasının tətbiq olunmasını təklif edib.

"Report" xəbər verir ki, bu barədə "İnterfax"a "Ədalətli Rusiya" fraksiyasından məlumat verilib.

Müvafiq qanun layihəsi çərşənbə günü sosialist-inqilabçı deputatlar qrupu, o cümlədən fraksiya lideri Sergey Mironov tərəfindən Dövlət Dumasına daxil edilib.

1915-1922-ci illər dövründə Qərbi Ermənistan və Osmanlı imperiyasında erməni xalqının "soyqırımı faktı"nın inkarı, həmçinin "bu cinayətlər"in təqdir edilməsinə görə 300 min rubl və ya iki ilədək dövr ərzində olan əmək haqqı məbləğində cərimə, yaxud 3 ilədək azadlıqdan məhrumetmə cəzasının verilməsi təklif olunur.

Qanun layihəsində bildirilir ki, əgər bu KİV-dən istifadə vasitəsi ilə edilibsə, cərimənin 500 min rubla qədər qaldırılması təklif olunur. Bu halda azadlıqdan məhrumetmə cəzasının müəyyən edilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi