Bakı. 19 sentyabr. REPORT.AZ/ Rusiyada səsdən sürətli “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğrayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, hadisə Nijeqorod vilayətində baş verib.
Təyyarənin göyərtəsində təlimatçı və kursant olub. Qeyri-rəsmi məlumata əsasən, onlar katapult ediblər və sağ qalıblar.