Rusiyada qəzaya uğramış təyyarənin ikinici “qara qutu”su dənizdən çıxarılıb

Rusiyada qəzaya uğramış təyyarənin ikinici “qara qutu”su dənizdən çıxarılıb Digər qutu hələ də aşkarlanmayıb
Region
28 Dekabr , 2016 13:11
Rusiyada qəzaya uğramış təyyarənin ikinici “qara qutu”su dənizdən çıxarılıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Rusiyanın qəzaya uğramış “Tu-154” təyyarəsinin ikinci “qara qutu”su Qara dənizin dibindən çıxarılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi mətbuat xidməti yayıb.

Qeyd edək ki, təyyarərədə üç “qara qutu” olub. Onların biri dekabrın 27-də çıxarılıb. Daha bir qutu hələ də aşkarlanmayıb.

Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında Suriya istiqamətində gedən Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər - 8 ekipaj üzvü və 84 sərnişin olub.

Son xəbərlər

Orphus sistemi