Yuxarı

Rusiyada qətldə ittiham edilən erməni öz vətənində sərbəst buraxılıb

​Rusiyada qətldə ittiham edilən erməni vətənində sərbəst buraxılıb

Moskva yaxınlığındakı Krasnoqorsk rayonunda fəaliyyət göstərən "Birhaus" barının sahibi, ölüm hadisəsi ilə nəticələnən kütləvi davada iştirak etməkdə şübhəli bilinən Ermənistanda Qurgen Aqanyan sərbəst buraxılıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a vəkil Narek Kostonyana istinadən məlumat yayıb.

Qeyd edilir ki, Qurgen Aqanyan Baş Kəşfyyat İdarəsinin keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin öldürüldüyü kütləvi davada iştirak etməkdə şübhəli bilinir.

Vəkilin sözlərinə görə, barın sahibi buraxılıb. Buna Rusiya tərəfinin onun həbsinin uzadılmasını tələb etməməsi səbəb göstərilir. Lakin bildirilir ki, onunla bağlı təhqiqat işi davam etdirilir.

Daha əvvəl xəbər verilib ki, Aqanyan ölüm hadisəsi ilə nəticələnən kütləvi davadan bir gün sonra Rusiyanı tərk edib. Ancaq o Ermənistanda saxlanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi