Rusiyada "qəribə" adlar qadağan edilib

Rusiyada "qəribə" adlar qadağan edilib Adların qeydiyyatı zamanı rəqəmlər, simvollar, abbreviaturalar və ədəbi dilin normalarına uyğun olmayan sözlərdən istifadə etmək qadağandır
Region
7 Mart , 2017 16:35
Rusiyada qəribə adlar qadağan edilib

Bakı. 7 mart. REPORT.AZ/ Rusiya Dövlət Duması birinci oxunuşda adların qeydiyyatı zamanı rəqəmlər, simvollar və ya onların istənilən kombinasiyası, abbreviaturalar, vəzifələr, ranqlar və ədəbi dilin normalarına uyğun olmayan sözlərdən istifadə edilməsini qadağan edən qanun layihəsini qəbul edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, cari qanunvericilik valideynlərə uşağa ad seçimində tam azadlıq verir.

Qanun layihəsinin müəllifi BOÇ rVF 260602 (Bioloqiçeskiy obyekt çeloveka roda Voroninıx - Frolovıx, doğum tarixi 26 iyun 2002-ci il - red.) adlı oğlanı nümunə gətirib. Bu oğlan hələ də sənədsiz yaşayır. Belə ki, məhkəmə Moskva VVAQ idarəsinin uşağı belə adla qeydiyyata salmamaq qərarını dəstəkləyib. 

İngilis versiyası Russia bans strange names

Son xəbərlər

Orphus sistemi