​Rusiyada qatar biletlərinin qiyməti artıb

​Rusiyada qatar biletlərinin qiyməti artıb Kupe, SV və "Lüks" vaqonlarda daşınma qiymətləri 5 faiz qalxıb
Region
1 Yanvar , 2016 14:14
​Rusiyada qatar biletlərinin qiyməti artıb

Bakı. 1 yanvar. REPORT.AZ/ Rusiyada qatar biletlərinin qiyməti artıb.

"Report" xəbər verir ki, "Rusiya Dəmir Yolları" ASC-nin kupe, SV və "Lüks" sinifli vaqonlarda daşınmalara olan tarifləri 5 faiz artıb.

Bununla yanaşı, müxtəlif təqvim dövrlərində plaskart və ümumi vaqonlarda gediş haqqı dəyişəcək.

Həmçinin Moskva və Peterburqda ictimai nəqliyyatda gediş haqqı da artıb. Moskvada artım 7 faiz təşkil edəcək. Peterburqda metroda gediş haqqı 31 rubldan 35 rubla, yerüstü nəqliyyatda 28 rubldan 30 rubla qalxıb.

Aviadaşınmalara gəldikdə isə, bazar iştirakçıları tariflərin ildə 10-15 faiz artacağını proqnozlaşdırırlar.

Son xəbərlər

Orphus sistemi