Rusiyada prezident seçkilərinin yekun nəticələri açıqlanıb, Putin 76,69% səs toplayıb

Rusiyada prezident seçkilərinin yekun nəticələri açıqlanıb, Putin 76,69% səs toplayıb Seçkilərdə Kommunist Partiyasının namizədi 11,77% səslə ikinci olub
Region
23 Mart , 2018 13:03
Rusiyada prezident seçkilərinin yekun nəticələri açıqlanıb, Putin 76,69% səs toplayıb

Bakı. 23 mart. REPORT.AZ/ Rusiyada keçirilən prezident seçkilərində 76,69% səs toplayan ölkənin hazırkı rəhbəri Vladimir Putin yenidən prezident seçilib.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyasının (MSK) qərar layihəsində deyilir.

Qərar layihəsi MSK-nın cümə günü keçiriləcək iclasında qəbul ediləcək.

Seçkilərdə Kommunist Partiyasının namizədi Pavel Qrudin 11,77% səslə ikinci olub.

Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski 5,65% səs toplayaraq namizədlər arasında üçüncüdür.

Vətəndaş Təşəbbüsü Partiyasının namizədi Kseniya Sobçak seçicilərin 1,68% səsini qazanıb. 

Son xəbərlər

Orphus sistemi