​Rusiyada polis bölməsinin yaxınlığında terrorçu-kamikadze partlayış törədib - YENİLƏNİB

​Rusiyada polis bölməsinin yaxınlığında terrorçu-kamikadze partlayış törədib - YENİLƏNİB Partlayış nəticəsində xəsarət alan olmayıb
Region
11 Aprel , 2016 12:09
​Rusiyada polis bölməsinin yaxınlığında terrorçu-kamikadze partlayış törədib - YENİLƏNİB

Bakı. 11 aprel. REPORT.AZ/ Stavropol diyarında Novoselsk rayonu polis idarəsinin binası yaxınlığında törədilən partlayış nəticəsində xəsarət alan olmayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda polis idarəsinin növbətçisi bildirib.

Partlayışı törədənlərlə bağlı müxtəlif məlumatlar yayılıb. Bir müddət öncə 4 terrorçunun hücum etdiyi və onlardan 3-nün özünü partlatdığı, dördüncünün isə polis tərəfindən zərərsizləşdirildiyi haqda məlumat yayılmışdı. Ancaq reginodakı polis bildirib ki, hadisəni iki terrorçu törədib, onlardan biri özünü partladıb, ikinci isə binanın Nəzarət-Buraxılış Məntəqəsinə daxil olmaq istəyərkən, asayiş keşikçiləri tərəfindən öldürülüb.

*** 12:28

Bakı. 11 aprel. REPORT.AZ/ Rusiyanın Stavropol diyarının Novoselsk rayonunda polis bölməsinin yaxınlığındakı binada 5 dəfə partlayış olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda yerli güc strukturları məlumat yayıb.

Məlumata görə, binanın yaxınlığında 3 terrorçu-kamikadze özünü partladıb. Partlayış nəticəsində terrorçular ölüb.

Başqa xəsarət alanlar barədə məlumat hələ yayılmayıb. 

Son xəbərlər

Orphus sistemi