Rusiyada onlarla insan qazdan zəhərlənib

Rusiyada onlarla insan qazdan zəhərlənib Zərərçəkənlər xəstəxanaya yerləşdirilib
Region
21 Mart , 2018 12:46
Rusiyada onlarla insan qazdan zəhərlənib

Bakı. 21 mart. REPORT.AZ/ Rusiyada onlarla insan qazdan zəhərlənib.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, hadisə Tambov vilayətində, Kaliniçi qəsəbəsində baş verib.

Fövqəladə Hallar Nazirliyinin regional nümayəndəsi Svetlana Poqovorilovskaya bildirib ki, zəhərlənənlərin ümumi sayı 22 nəfərdir. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onların bəzilərinin vəziyyəti ağırdır.

Zəhərlənənlərdən 9-u uşaqdır. Hadisənin qaraçıların yığcam yaşadığı ərazidə baş verdiyi bildirilir. Hadisəyə qaz balonu ilə ehtiyatsız davranma səbəb olub.

Son xəbərlər

Orphus sistemi