Yuxarı

​Rusiyada ödənilməmiş cərimə və alimenti olanlar sürücülük hüququndan məhrum ediləcək

Qanun yanvarın 15-dən qüvvəyə minəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Rusiya Dövlət Duması borca görə sürücülük hüququndan məhrum etməyə icazə verib.

"Report" xəbər verir ki, söhbət ödənilməmiş cərimə və alimentlərdən gedir.

Qanuna düzəlişlər 2016-cı ilin 15 yanvar tarixindən qüvvəyə minəcək. Qanun borc 10 min rublu ötdüyü halda sürücülük vəsiqəsinin fəaliyyətini dayandırmaq imkanı verir.

Bununla yanaşı sənəd əlillərə şamil edilməyib. Həmçinin avtomobili onun yeganə gəlir mənbəyi olanların müvəqqəti bu hüquqdan məhrum edilməsi qanunla qadağandır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi