Rusiyada müsəlman peyk telekanalının açılması planlaşdırılır

Rusiyada müsəlman peyk telekanalının açılması planlaşdırılır Telekanal layihəsi səsvermə və danışıqlar mərhələsindədir, 2017-ci ildə test rejimində işə başlayacaq
Region
19 Dekabr , 2016 15:29
Rusiyada müsəlman peyk telekanalının açılması planlaşdırılır

Bakı. 19 dekabr. REPORT.AZ/ Rusiya Muftilər Şurası (RMŞ) müsəlman peyk telekanalının yaradılması üzərində işləyir. 

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə RMŞ sədrinin birinci müavini Ruşən Abbyasov bildirib.

Onun sözlərinə görə, hazırda layihə səsvermə və danışıqlar mərhələsindədir, 2017-ci ildə onun test rejimində işə başlaması planlaşdırılır. 

Kanal Rusiya auditoriyası üçün nəzərdə tutulub, lakin R.Abbyasov gələcəkdə ingilis və ərəb dillərində də yayımın həyata keçiriləcəyini istisna etməyib.

Son xəbərlər

Orphus sistemi