Rusiyada müddətli əsgər zabiti bıçaqlayaraq öldürüb

Rusiyada müddətli əsgər zabiti bıçaqlayaraq öldürüb Hərbi müstəntiq hadisə ilə bağlı açıqlama verməyib
Region
21 Noyabr , 2016 14:25
Rusiyada müddətli əsgər zabiti bıçaqlayaraq öldürüb

Bakı. 21 noyabr. REPORT.AZ/ Rusiyanın Volqoqraddakı hərbi şəhərciyində müddətli hərbçi bıçaqla zabiti öldürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, ölüm faktını Cənub Hərbi Dairəsi də təsdiqləyib.

Məlumata görə, bıçaqlanma Qorki adına qəsəbədə törədilib və qətlə yetirilən 26 yaşlı baş leytenant olub.

Hərbi müstəntiq hadisə ilə bağlı açıqlama verməyib. 

Son xəbərlər

Orphus sistemi