Rusiyada Moskva və Cənubi Qafqazın cinayətkar qruplaşmalarının liderlərinin toplantısının qarşısı alınıb - VİDEO

Rusiyada Moskva və Cənubi Qafqazın cinayətkar qruplaşmalarının liderlərinin toplantısının qarşısı alınıb - VİDEO Əməliyyat nəticəsində 59 nəfər saxlanılıb
Region
18 Fevral , 2016 11:47
Rusiyada Moskva və Cənubi Qafqazın cinayətkar qruplaşmalarının liderlərinin toplantısının qarşısı alınıb - VİDEO

Bakı. 18 fevral. REPORT.AZ/ Moskva vilayətinin polisi keçirdiyi əməliyyat nəticəsində cinayətkar qruplaşmaların toplantısının qarşısını alıb.

"Report" Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, keçirilən əməliyyat nəticəsində 59 nəfər saxlanılıb.

Moskvanın Lyuberetski, Voskresnı və Kolomenski rayonlarının kriminal qruplarının liderlərinin Cənubi Qafqazın etnik cinayətkar strukturlarından birinin nümayəndələri ilə görüşü Dzerjinski şəhərindəki restoranların birində keçirilib.

"Yoxlama zamanı məkanda 20-47 yaş arası 59 nəfər olub. Onlardan çoxu əvvəllər mühakimə olunublar. Fərdi axtarış zamanı isə onların üzərindən yerli və xarici 15 travmatik tapança, 5 karabin, 1 tüfəng və 15 bıçaq müsadirə edilərək götürülüb", - polisdən xəbər verilib.

Saxlanılanlar polis bölməsinə, onlardan müsadirə olunan silahlar isə ekspertizaya göndərilib. Hazırda saxlanılan 59 nəfərin daha əvvəl törədilən cinayətlərlə bağlılığı araşdırılır.

Son xəbərlər

Orphus sistemi