Yuxarı

Rusiyada meşə yanğınlarının sahəsi genişlənib

​Rusiyada meşə yanğınlarının sahəsi genişlənib

Rusiyada meşə yanğınlarının sahəsi gün ərzində genişlənib.

“Report” "Qovorit Moskva"ya istinadən xəbər verir ki, hazırda ölkə ərazisində 109 belə yanğın ocağı var.

Bildirilir ki, ötən gün yanğın sayı daha çox olsa da, yanğınların ümumi sahəsi az idi. Daha ciddi vəziyyət 84 yanğın ocağının qeydə alındığı Krasnoyarsk diyarındadır.

Yanğınların söndürülməsinə ümumilikdə təqribən 500 nəfər cəlb olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi