Yuxarı

Rusiyada naməlum şəxs məktəbin yaxınlığında atəş açıb

Rusiyada məktəbin qarşısında atəş açılıb

Bakı. 1 mart. REPORT.AZ/ Rusiyanın Nijnı Novqorod şəhərində naməlum şəxs məktəbin yaxınlığında pnevmatik silahdan atəş açıb.

“Report” “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisə şəhərin Tonkin küçəsində baş verib. 

Nəticədə bir nəfər yaralanıb.

Atəş açan şəxs hadisə yerindən qaçıb. Polis onun tutulması istiqamətində axtarış-əməliyyat tədbiri keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi