Rusiyada məktəbdə baş verən kütləvi davada yaralananların sayı 15 nəfərə çatıb - YENİLƏNİB

Rusiyada məktəbdə baş verən kütləvi davada yaralananların sayı 15 nəfərə çatıb - YENİLƏNİB Hadisə ilə əlaqədar Perm Diyarının qubernatoru Maksim Reşetnikovun rəhbərliyi ilə əməliyyat qərargahı yaradılıb
Region
15 Yanvar , 2018 12:15
Rusiyada məktəbdə baş verən kütləvi davada yaralananların sayı 15 nəfərə çatıb - YENİLƏNİB
Govoritmsk

Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiyanın Perm şəhərində məktəbdə baş verən kütləvi davada yaralanların sayı 15 nəfərə çatıb. 

“Report” TASS-a isitinadən xəbər verir ki, məlumatı Perm Şəhəri Adminstrasiyasının mətbuat xidməti yayıb.

Yaralıların 12-si xəstəxanaya yerləşdirilib. Onlardan biri məktəbin müəllimi, digərləri şagirdlərdir. Müəllim dava edənləri ayıran zaman bıçaqlanıb. 

İnfromasiyaya əsasən, bu məktəb 1965-ci ildən fəaliyyət göstərir. Pedaqoji kollektiv 65 müəllimdən ibarətdir. Məktəbdəki 47 sinifdə 1216 şagird təhsil alır.


*** 11:10

Rusiyanın Perm şəhərində məktəbdə baş verən hadisənin təfərrüatı məlum olub.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, şəhərin Motovilixin rayonunda yerləşən 127 saylı məktəbin şagirdləri arasında kütləvi dava düşüb.

Davanın səbəbləri barədə məlumat yayılmayıb.

Rusiya KİV-də yayılan digər məlumata görə, hadisənin təşkilatçısı vaxtilə həmin təhsil müəssisəsində oxumuş 16 yaşlı gəncdir.

Hadisə ilə əlaqədar Perm Diyarının qubernatoru Maksim Reşetnikovun rəhbərliyi ilə əməliyyat qərargahı yaradılıb.


*** 10:09

Rusiyanın Perm şəhərində maskalı şəxslər məktəbə hücum ediblər.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə şəhərin Motovilixin rayonunda yerləşən 127 saylı məktəbdə baş verib. 

Maskalı iki kişi tərəfindən məktəbə hücum olub. Nəticədə 8 uşaq və 1 müəllim bıçaq xəsarəti alıb. Bir şagirdin və qadın müəllimin vəziyyəti ağırdır.

Perm Təhlükəsizlik İdarəsindən bildirilib ki, hücum edənlər tutulublar. 

Hücumun motivləri hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi