Bakı. 16 oktyabr. REPORT.AZ/ Rusiyanın Perm diyarında kalium duzu mədənində yanğın olub.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə regional texniki nəzarət xidməti məlumat yayıb.
Mədəndə sökülən qurğular yanıb.
Mədəndən 143 fəhlə xilas edib, 150 işçi orada qalıb. Onların şaxtadan çıxarılması istiqamətində xilasetmə işləri görülür.
Hadisə nəticəsində xəsarət alan və itkin düşənin olmadığı bildirilir.