Yuxarı

​Rusiyada mədəndə qəza olub, 90 nəfər uçqun altında qalıb

Axtarış-xilasetmə əməliyyatları aparılır

Bakı. 25 fevral. REPORT.AZ/ Rusiyanın Komi Respublikasının Vorkuta bölgəsində "Sever" mədənində baş verən uçqun nəticəsində 90 nəfərədək işçi dağıntı altında qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda yerli Föqəladə Hallar Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, axtarış-xilasetmə əməliyyatları aparılır.

Son məlumata görə, onlardan 40 nəfəri dağıntılar altından çıxarılıb.

Xəsarət alanlar haqda məlumat verilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi