Rusiyada mədəndə partlayış olub: 3 nəfər ölüb, 5 nəfər itkin düşüb

Rusiyada mədəndə partlayış olub: 3 nəfər ölüb, 5 nəfər itkin düşüb Partlayış 490 metr dərinlikdə olub
Region
7 İyul , 2017 11:31
Rusiyada mədəndə partlayış olub: 3 nəfər ölüb, 5 nəfər itkin düşüb
Tass.ru

Bakı. 7 iyul. REPORT.AZ/ Rusiyanın Norilsk bölgəsində “Nornikel” şirkətinə məxsus “Zapolyar” mədənində metanın partlaması nəticəsində 3 nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Krasnoyarsk diyarı Baş İstintaq İdarəsinin mətbuat xidməti bildirib.

Hadisə iyulun 7-də səhər saatlarında baş verib.

Məlumata görə, 5 mədənçi itkin düşüb, 135 nəfər isə şaxtadan təxliyyə edilib. 

Partlayış 490 metr dərinlikdə olub.

Qəzanın baş vermə səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi