Rusiyada leysan nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb - VİDEO

Rusiyada leysan nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb - VİDEO Bakı. 25 oktyabr. REPORT.AZ/ Rusiyanın Krasnodar diyarında yağan leysan yağışları nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb, 1 nəfər isə itkin düşüb.
Region
25 Oktyabr , 2018 10:18
Rusiyada leysan nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb - VİDEO
kp.ru
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ Rusiyanın Krasnodar diyarında yağan leysan yağışları nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb, 1 nəfər isə itkin düşüb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu yerli Fövqəladə Hallar Xidmətindən bildiriblər.

Leysan nəticəsində Tuapse, Apşeron rayonlarında, Soçi şəhəri ətrafındakı Lazer rayonunda 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Yaralıların 3-ünə tibbi yardım göstərilib. Bir nəfər isə itkin düşüb.

Məlumata görə, 27 yaşayış məntəqəsində 6000 sakin, o cümlədən 900-dən çox uşağın yaşadığı 1700 evi su basıb, 1500 hektarlıq bağ sahəsi su altında qalıb. Təhlükəsizlik məqsədi ilə 380 nəfər, o cümlədən 99 uşaq təxliyyə edilib.

Bundan başqa, 4700-dən çox insanın olduğu 18 sərnişin qatarının reysi gecikib.

Təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədi ilə hadisə yerinə 700-dən çox əməkdaş, 150 ədəd texnika, o cümlədən 3 qəza-bəpra qatarı cəlb edilib.

Sinoptiklərin proqnozuna əsasən, oktyabrın 25-də siklon Krasnodar diyarı və Adıgey Respublikası ərazisinə təsir göstərməyə davam edəcək. 

Son xəbərlər

Orphus sistemi