Rusiyada koronavirusa yoluxanların sayı 52 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 52 mini ötdü Rusiyada son bir gündə 5 642 nəfərə koronavirus diaqnozu qoyulub.
Region
21 Aprel , 2020 11:37
Rusiyada koronavirusa yoluxanların sayı 52 mini ötdü

Rusiyada son bir gündə 5 642 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da Rusiyada yoluxanların sayı 52 763 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 51 artaraq 456-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 873 nəfər sağalıb. 

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 2 567.

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 484 000-i ötüb. Bunların 652 761 nəfəri sağalıb, 170 501 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi