Yuxarı

Rusiyada koronavirusa yoluxanların sayı 10 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 10 mini ötdü
Dinlə

375

Rusiyada son bir gündə 1 459 nəfərə koronavirus diaqnozu qoyulub, 13 nəfər virusun qurbanı olub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 10 131 nəfərə, ölənlərin sayı 76-ya, sağalanların sayı isə 698 nəfərə çatıb. Beləliklə, son sutkada ölkədə qeydə alınmış koronavirus hallarının sayı 16,8% artıb.

Yeni yoluxmalar ölkənin 50 bölgəsində qeydə alınıb. Bildirilib ki, yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 857. Rusiya paytaxtında yoluxanların ümumi sayı 6 698 nəfərdir. 

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 519 000-i ötüb. Bunların 331 014 nəfəri sağalıb, 88 550 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi