Rusiyada keçirilən prezident seçkilərində səsvermələr yekunlaşıb

Rusiyada keçirilən prezident seçkilərində səsvermələr yekunlaşıb Bakı. 18 mart. REPORT.AZ/ Rusiyada keçirilən prezident seçkiləri səsvermələri 35 bölgədə başa çatıb.
Region
18 Mart , 2018 21:29
Rusiyada keçirilən prezident seçkilərində səsvermələr yekunlaşıb
Foto: TASS

Bakı. 18 mart. REPORT.AZ/ Rusiyada keçirilən prezident seçkiləri səsvermələri 35 bölgədə başa çatıb.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, seçki məntəqələrində səsvermələr yerli vaxtla saat 20:00-da yekunlaşıb.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 19:00-dək seçici fəallığı 59,9 faiz olub.

Qeyd edək ki, bu gün Rusiyada prezident seçkiləri keçirilib. Prezident vəzifəsi uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Kommunist Partiyasından Pavel Qrudin, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykin, Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi