Rusiyada işləməyə icazə verilən Türkiyə tikinti şirkətlərinin siyahısı tərtib olunub

Rusiyada işləməyə icazə verilən Türkiyə tikinti şirkətlərinin siyahısı tərtib olunub Siyahıya "Rusiya ilə uzunmüddətli müqavilələri" olan şirkətlər daxil olub
Region
23 Dekabr , 2015 14:43
Rusiyada işləməyə icazə verilən Türkiyə tikinti şirkətlərinin siyahısı tərtib olunub

Bakı. 23 dekabr. REPORT.AZ/ Türkiyəyə qarşı sanksiyaların tətbiqindən sonra Rusiyada işləməyə icazə verilən türk tikinti şirkətlərinin siyahısı tərtib olunub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə RF baş nazirinin müavini Olqa Qolodets bildirib.

Onun sözlərinə görə, siyahıya "Rusiya ilə uzunmüddətli müqavilələri" olan şirkətlər daxil olub.

Qolodets bu şirkətlərin sayını və adlarını çəkməkdə çətinlik çəkib. O, siyahının KİV-də dərc olunacağını vəd edib. 

Son xəbərlər

Orphus sistemi