Rusiyada işə gəlməyən deputatlar cərimə oluna bilər

Rusiyada işə gəlməyən deputatlar cərimə oluna bilər Bu gün Dövlət Dumasında sözügedən məsələyə baxılacaq
Region
16 Noyabr , 2016 07:50
Rusiyada işə gəlməyən deputatlar cərimə oluna bilər

Bakı. 16 noyabr. REPORT.AZ/ Rusiya Dövlət Duması çərşənbə günü plenar iclasları buraxan deputatlar üçün pul cəriməsi nəzərdə tutan palatanın reqlamentinə düzəlişlərə baxacaq.

"Report" xəbər verir ki, parlamentin bir plenar iclasını buraxmağa görə deputatın aylıq əmək haqqının 1/6 biri məbləğində cərimə müəyyən olunub.

Plenar iclaslar zamanı qeydiyyat üç dəfə aparılır: 10:00, 12:30 və 16:00-da. Deputat palatanın iclasında iştirakçı kimi sayılmaq üçün heç olmasa bir dəfə qeydiyyatdan keçməlidir.

Düzəlişlərə əsasən, deputatların nöqsanlarını palatanın Reqlament və İşlərin Təşkili Komitəsi aşkar edəcək.

Son xəbərlər

Orphus sistemi