Yuxarı
    Bağlamaq

    Rusiyada iki minik maşını toqquşub, 10 nəfər ölüb

    Bakı. 3 yanvar. REPORT.AZ/ Rusiyanın Xantı-Mansiy muxtar dairəsində baş verən yol-nəqliyyat qəzası nəticəsində 4-ü uşaq olmaqla 10 nəfər ölüb.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı yerli fövqəladə hallar idarəsi yayıb.

    İnformasiyaya əsasən, Xantı-Mansiy – Sovetsk avtomobil yolunun 158-ci km-liyində iki minik maşını toqquşub.

    İlkin məlumata əsasən, 10 nəfər, o cümlədən 4 uşaq ölüb.

    Qəzanın baş verməsinə səbəb olaraq, sürücülərdən birinin idarəetməni itirməsi göstərilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi