Rusiyada iki minik maşını toqquşub, 10 nəfər ölüb

Rusiyada iki minik maşını toqquşub, 10 nəfər ölüb Bakı. 3 yanvar. REPORT.AZ/ Rusiyanın Xantı-Mansiy muxtar dairəsində baş verən yol-nəqliyyat qəzası nəticəsində 4-ü uşaq olmaqla 10 nəfər ölüb.
Region
3 Yanvar , 2018 17:58
Rusiyada iki minik maşını toqquşub, 10 nəfər ölüb

Bakı. 3 yanvar. REPORT.AZ/ Rusiyanın Xantı-Mansiy muxtar dairəsində baş verən yol-nəqliyyat qəzası nəticəsində 4-ü uşaq olmaqla 10 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı yerli fövqəladə hallar idarəsi yayıb.

İnformasiyaya əsasən, Xantı-Mansiy – Sovetsk avtomobil yolunun 158-ci km-liyində iki minik maşını toqquşub.

İlkin məlumata əsasən, 10 nəfər, o cümlədən 4 uşaq ölüb.

Qəzanın baş verməsinə səbəb olaraq, sürücülərdən birinin idarəetməni itirməsi göstərilir. 

Son xəbərlər

Orphus sistemi