Rusiyada hərbi zavodda partlayış olub, ölənlər var

Rusiyada hərbi zavodda partlayış olub, ölənlər var Bakı. 31 avqust. REPORT.AZ/ Rusiyanın Nijni Novqorod vilayətindəki müdafiə sənayesi zavodunda partlayış baş verib.
Region
31 Avqust , 2018 12:55
Rusiyada hərbi zavodda partlayış olub, ölənlər var
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ Rusiyanın Nijni Novqorod vilayətindəki müdafiə sənayesi zavodunda partlayış baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Dzerjinski şəhərindəki Y.M. Sverdlov adına müəssisənin ammonal istehsalı sexində qeydə alınıb.

İlkin məlumatlara görə, iki nəfər ölüb, üçü yaralanıb.

Partlayış nəticəsində, təxminən, yüz kvadratmetrlik sahədə yanğın olub, hazırda yanğının lokallaşdırılması və söndürülməsinə çalışırlar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi