Rusiyada hərbi təlim təyyarəsi qəzaya uğrayıb, bir hərbçi ölüb, 5-i yaralanıb

Rusiyada hərbi təlim təyyarəsi qəzaya uğrayıb, bir hərbçi ölüb, 5-i yaralanıb Məlumata görə, uçuş zamanı təyyarənin göyərtəsində 6 nəfər ekipaj üzvü olub
Region
30 May , 2017 10:29
Rusiyada hərbi təlim təyyarəsi qəzaya uğrayıb, bir hərbçi ölüb, 5-i yaralanıb

Bakı. 30 may. REPORT.AZ/ Rusiyada “An-26” təyyarəsinin qəzaya uğraması nəticəsində 1 hərbçi ölüb, 5-i yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsi yayıb. 

Hadisə Krasnodar Ali Aviasiya Məktəbinin təyyarəçilərinin Saratovda təlim-məşq uçuşu keçirdiyi zaman baş verib. “An-26” təyyarəsinin sərt enişi qəzaya səbəb olub. 

Məlumata görə, uçuş zamanı təyyarənin göyərtəsində 6 nəfər ekipaj üzvü olub: “Eniş zamanı təyyarə yanıb. Nəticədə bir həbrçi ölüb. Təyyarədəki qalan 5 ekipaj üzvü isə axtarış-xilasetmə əməliyyatı nəticəsində tapılaraq, xəstəxanaya yerləşdirilib”.

Xəbərdə bildirilib ki, təyyarənin mühərriklərindən birinin işləməməsi qəzaya səbəb olub. Hadisənin səbəbini araşdırmaq üçün xüsusi komissiya yaradılıb. 

Son xəbərlər

Orphus sistemi