Yuxarı
    Bağlamaq

    Rusiyada hərbi hospitalda 2 tibb bacısı qətlə yetirilib, 3 xəstə hərbçi itkin düşüb

    Qərb Hərbi Dairəsinin komandanlığı hüquq-mühafizə orqanları ilə birlikdə itkin düşən pasientləri axtarır

    Bakı. 12 aprel. REPORT.AZ/ Gecə saatlarında Rusiyanın Peterburq şəhərindəki hərbi hospitalın psixiatriya şöbəsində iki tibb bacısı qətlə yetirilib.

    "Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

    Xəbərdə bidirilib ki, onların meyiti iş yerində aşkar edilib.

    Məlumata görə, həmin şöbədən gecə saatlarında 3 hərbçi də itkin düşüb və hazırda onlar axtarılır. Axtarılanlardan biri Mojaysk adına Hərbi-Kosmik Akademiyanın tələbəsidir.

    Rusiya Qərb Hərbi Dairəsinin komandanlığı hüquq-mühafizə orqanları ilə birlikdə itkin düşən pasientləri axtarır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi