Yuxarı

Rusiyada hərbi hissəyə hücumun qarşısı alınıb

Rusiyada hərbi hissəyə hücum qarşısı alınıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ölkə ərazisində hərbi hissəyə hücumun qarşısını alıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, məlumatı FTX-nin Mətbuat xidməti yayıb.

Hücum etməyi planlaşdıran dəstəyə Vladimir vilayətinin adı açıqlanmayan sakini, 1999-cu ildə anadan olmuş şəxs rəhbərlik edib. 

O, öz ətrafına topladığı şəxslərlə birlikdə hərbi hissəyə hücum edərək silah və sursat ələ keçirmək niyyətində olub. 

FTX dəstəyə daxi olanların kimliyi və sayı barədə məlumat verməsə də, başçıları və əlaltılarının tutulduğunu bildirib.

Həbs olunan şəxslər barəsində Rusiya Cinayət Məcəlləsinin terror fəaliyyətinə cəhd maddəsi üzrə cinayət işi başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi