Yuxarı

Rusiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində pilotlardan biri ölüb - FOTO - VİDEO

Pilotlar katapult mezanizmindən istifadə edərək xilas olublar

Bakı. 2 avqust. REPORT.AZ/ Rusiyanın Ryazan vilayətində Mi-28N tipli hərbi helikopter qəzaya uğrayıb. 

"Report"un RİA "Novosti" agentliyinə istinadən məlumatına görə, "Dubroviçi" hərbi poliqonunun səmasında alçaqdan və hündürdən dövrə vuran helikopter yüksək pilotaj nümayiş etdirərkən gözlənilmədən düşməyə başlayıb. Pilotlardan birisi vaxtında helikopteri tərk edə bilməyərək həlak olub.

Yanğın qısa müddətdə söndürülüb.

Hazırda baş vermiş hadisə ilə bağlı araşdırmalar aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi