Bakı. 3 may. REPORT.AZ/ Rusiyanın Kamçatka diyarında "Robinson-44" tipli helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsi məlumat yayıb.
"Helikopterin bu modeli 4 nəfər üçün nəzərdə tutulub. "Robinson"dakı sərnişinlərin sayı məlum deyil. Hazırda qəza baş verən ərazidə axtarış davam etdirilir", - Baş İdarədən bildirilib.
Məlumata əsasən, hadisə Petropavlovsk-Kamçatkadan 80 km aralı, Rus buxtasının sahillərində baş verib.
Qəza ilə bağlı cinayət işi açılıb.