Bakı. 8 noyabr. REPORT.AZ/ Rusiyanın Tver vilayətində “Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu vilayətin Səhiyyə İdarəsindən bildiriblər.
Qeyd olunub ki, bu, ilkin informasiyadır, ölən və xəsarət alanların sayı dəqiqləşdirilir.
Hadisə yerinə xilasedicilər və həkim briqadası cəlb olunub.