​Rusiyada həbsdə olan ukraynalı deputat Nadejda Savçenko ölkəsinə qayıdıb

​Rusiyada həbsdə olan ukraynalı deputat Nadejda Savçenko ölkəsinə qayıdıb Onu aparmaq üçün Rusiyanın Rostov şəhərinə uçan Ukrayna prezidentinin təyyarəsi Kiyevin Borispol hava limanına enib
Region
25 May , 2016 16:35
​Rusiyada həbsdə olan ukraynalı deputat Nadejda Savçenko ölkəsinə qayıdıb

Bakı. 25 may. REPORT.AZ/ Rusiyada həbsdə olan Ukraynanın xalq deputatı Nadejda Savçenko ölkəsinə qayıdıb.

"Report" UNN agentliyinə istinadən xəbər verir ki, Nadejda Savçenkonu aparmaq üçün Rusiyanın Rostov şəhərinə uçan Ukrayna prezidentinin təyyarəsi Kiyevin Borispol hava limanına enib.

Ukraynalı deputatı yüzlərlə insan çoşqu ilə qarşılayıb. Məlumata görə, onu Ukrayna prezidentinin mətbuat katibi Vladislav Tseqolko və parlament sədrinin müavini İrina Geraşenko müşayiət edib.

Xəbərə əsasən, Nadejda Savçenko Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşmək üçün hava limanından birbaşa Prezident sarayına gedəcək.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsində həbsdə olan Rusiyanın Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovun əvf edilməsi haqda fərman imzalayıb. Onlar Rusiyada həbsdə olan ukraynalı xalq deputatı Nadejda Savçenko ilə dəyişdirilib. Rusiyalı hərbçilər artıq Moskvadadır.

Qeyd edək ki, Rusiya məhkəməsi bu il martın 22-də Nadejda Savçenkoya cəzasını ciddi rejimli həbsxanada çəkməklə 22 il həbs cəzası vermişdi. O, Ukraynanın Donbas bölgəsində rusiyalı iki jurnalistin ölümündə iştirak etməkdə ittiham olunurdu.

Son xəbərlər

Orphus sistemi