Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiya hökuməti ölkəyə daxil olmaq üçün yeni növ vizanı - müvəqqəti yaşamaq icazəsi almaq üçün vizanı təsdiqləyib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında məlumat verilib.
"Adi viza" kateqoriyasına Rusiyada müvəqqəti yaşamaq icazəsi almaq məqsədi ilə ölkəyə daxil olmaq üçün yeni növ viza əlavə edilib", - məlumatda deyilir.
Belə vizalar Rusiya Daxili Nazirliyinin ərazi orqanının xarici vətəndaşa müvəqqəti yaşamaq icazəsi verilməsi barədə qərarı olacağı təqdirdə diplomatik nümayəndəlik və ya konsulluq qurumları tərəfindən veriləcək.
Qeyd edilib ki, bu cür vizalar yalnız birdəfəlik ola bilər.