Yuxarı

Rusiyada geoloji kəşfiyyat işlərinin həcmi xeyli azalacaq

Rosgeologiyanın rəhbəri: Geoloji işlərin tempi və həcmində 10 faizlik azalma gözlənilir

Bakı. 29 dekabr. REPORT.AZ/ 2016-cı ildə Rusiyada geoloji işlərin tempi və həcmində 10 faizlik azalma gözlənilir. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı "Rosgeologiya"nın rəhbəri Roman Panov verib.

Onun sözlərinə görə, bu azalma neft bazarındakı çətin vəziyyət, eləcə də Rusiya valyutasının devalvasiyaya uğraması ilə bağlıdır.

O bildirib ki, artıq 2015-ci ildə quruda aparılan seysmoloji kəşfiyyat işlərinin həcmi 2014-cü illə müqayisədə 20% aşağı düşüb, dəniz seysmoloji kəşfiyyatı isə təxminən 10% azalıb.

Ümumiyyətlə, "Rosgeologiya"da hazırda seysmik donanmada ixtisarlar gedir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi