Rusiyada FTX-nin "Alfa" bölməsinin başçısı işdən çıxarılıb

Rusiyada FTX-nin "Alfa" bölməsinin başçısı işdən çıxarılıb Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Alfa xüsusi təyinatlı bölməsinin başçısı Valeri Kanakin vəzifəsindən uzaqlaşdırılıb.
Region
15 İyul , 2019 15:32
Rusiyada FTX-nin Alfa bölməsinin başçısı işdən çıxarılıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) "Alfa" xüsusi təyinatlı bölməsinin başçısı Valeri Kanakin vəzifəsindən uzaqlaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks"a "Alfa" Antiterror Bölməsi Veteranlarının Beynəlxalq Assosiasiyasının fəxri prezidenti Sergey Qonçaryov məlumat verib.

O hesab edir ki, V.Kanakinin işdən çıxarılması bir neçə xüsusi təyinatlının soyğunçuluq şübhəsi ilə saxlanması ilə əlaqədar deyil. İşdən çıxarıldıqdan sonra V.Kanakin xüsusi təyinatlıların veteranlar assosiasiyasının prezidenti olub.

Xatırladaq ki, iyulun 5-də məhkəmə soyğunçuluqda ittiham edilən 5 FTX əməkdaşını azadlıqdan məhrum edib, ikisinə isə ev dustaqlığı cəzası verilib. O vaxt S.Qonçaryov təqsirləndirilən şəxslər arasında "Alfa" xüsusi təyinatlı bölməsinin üç əməkdaşının olduğunu söyləmişdi. İş üzrə adı keçən şəxslər arasında FTX-nin İqtisadi Təhlükəsizlik Xidmətinin əməkdaşları da var.

Son xəbərlər

Orphus sistemi