​Rusiyada "Fly Dubai"ya məxsus sərnişin layneri qəzaya uğrayıb, 62 nəfər ölüb - VİDEO

​Rusiyada "Fly Dubai"ya məxsus sərnişin layneri qəzaya uğrayıb, 62 nəfər ölüb - VİDEO "Boeing-737" pis görüntü şəraitində eniş edərkən qəzaya uğrayıb
Region
19 Mart , 2016 05:50
​Rusiyada Fly Dubaiya məxsus sərnişin layneri qəzaya uğrayıb, 62 nəfər ölüb - VİDEO

Bakı. 19 mart. REPORT.AZ/ Dubaydan Rostov-na-Donu şəhərinə uçan sərnişin təyyarəsi pis görüntü şəraitində eniş edərkən qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə regionun fövqəladə xidmət orqanlarına istinadən RİA "Novosti" məlumat yayıb.

"İlkin olaraq "Boeing-737" pis görüntü şəraitində uçuş-enmə zolağından 50-100 metr kənara düşüb", - deyə mənbə bildirib.

Təyyarə "Fly Dubai" aviaşirkətinə məxsus olub. Eniş zamanı partlayış baş verib. Təyyarənin göyərtəsində 7 heyət üzvü, 55 sərnişin, eləcədə də 4 uşaq olub. Onların hamısı ölüb. Qəzadan sonra yanğın baş verib. Hazırda hava limanı bağlanıb.

Rostov vilayətinin nəqliyyat polisi təyyarənin düşməsi faktını təsdiqləyib.

***

Sərnişinlərin hamısı rus, heyət üzvləri isə əcnəbilər olub.

Son xəbərlər

Orphus sistemi