Rusiya prezidentinin müşaviri ölkədə "Facebook"un qadağan olunması barədə məlumata aydınlıq gətirib - YENİLƏNİB

Rusiya prezidentinin müşaviri ölkədə "Facebook"un qadağan olunması barədə məlumata aydınlıq gətirib - YENİLƏNİB Aleksandr Jarov: "2018-ci ildə "Facebook" şəxsi məlumatların lokallaşdırılması üzrə Rusiya qanunlarına riayət etməlidir"
Region
26 Sentyabr , 2017 16:14
Rusiya prezidentinin müşaviri ölkədə Facebookun qadağan olunması barədə məlumata aydınlıq gətirib - YENİLƏNİB

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Rusiya ərazisində "Roskomnadzor"un "Facebook" sosial şəbəkəsini qadağan etmək planı yoxdur".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin internet üzrə müşaviri German Klimenko bildirib.

"2017-ci ildə "Facebook"da yoxlama aparılmasının planlaşdırılmamasını sosial şəbəkənin 2018-ci ildə bağlanması formasında xəbər kimi işlənməsini başa düşürəm. Amma əslində, bunlar fərqli iki hadisədir. Zəng edib danışmışam, "Roskomnadzor"dan olan həmkarlarımın "Facebook"u bağlamaq planları yoxdur", - G.Klimenko vurğulayıb.


***14:45

"2018-ci ildə "Facebook" şəxsi məlumatların lokallaşdırılması üzrə Rusiya qanunlarına riayət etməlidir, əks təqdirdə resurs Rusiya ərazisində fəaliyyətini dayandırmalı olacaq".

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Sahəsində Nəzarət üzrə Federal Xidmətin (Roskomnadzor) rəhbəri Aleksandr Jarov bildirib.

"Qanun hamı üçün mütləqdir. İstənilən halda, ya qanunun icra olunmasına nail olacağıq, ya da "LinkedIn" ilə olduğu kimi şirkət Rusiya ərazisində fəaliyyətini dayandırmalı olacaq. Bu məsələdə istisna ola bilməz", - A.Jarov qeyd edib.

Onun sözlərinə görə, "Facebook" Rusiyada unikal servis deyil, çünki başqa sosial şəbəkələr də var.

İngilis versiyası Russia may block Facebook

Son xəbərlər

Orphus sistemi