Rusiyada yaşayış binasında yanğın baş verib, 40 nəfər təxliyə edilib

Rusiyada yaşayış binasında yanğın baş verib, 40 nəfər təxliyə edilib Hələlik xəsarət alanlar barəsində hər hansı məlumat verilmir
Region
11 Sentyabr , 2016 07:23
Rusiyada yaşayış binasında yanğın baş verib, 40 nəfər təxliyə edilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Rusiyada dörd mərtəbəli binada yanğın baş verib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, yanğınsöndürənlər Rosrov-Donda 40 nəfəri binadan təxliyə ediblər.

"Yanğın haqda xəbər yerli vaxtla saat 4:58-də daxil olub. Hazırda 150 kvadratmetr sahədə yanğın davam edir. Qırx nəfər binadan təxliyə olunub" – deyə Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən bildirilib.

Yanğının söndürülməsinə 50 yanğınsöndürən və 18 texnika cəlb edilib.

Hələlik xəsarət alanlar barəsində hər hansı məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi