Rusiyada daha bir vilayətin qubernatoru istefa verib

Rusiyada daha bir vilayətin qubernatoru istefa verib Ryazan və Nijeqorodun qubernatorlarının da istefa verəcəyi gözlənilir
Region
13 Fevral , 2017 12:36
Rusiyada daha bir vilayətin qubernatoru istefa verib

Bakı. 13 fevral. REPORT.AZ/ Rusiyanın Novqorod vilayətinin başçısı Sergey Mitin fevralın 13-də istefa verib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, o, səlahiyyət müddətini vaxtından əvvəl başa çatdırdığını elan edib.

Məlumata görə, S.Mitin ölkə prezidenti Vladimir Putindən başqa işdə işləməsi üçün xahiş etdiyini də söyləyib.

Qeyd edək ki, ötən həftə Perm diyarının qubernatoru Viktor Basarqin və Buryatiyanın rəhbəri Vyaçeslav Naqovitsın da istefa verib. Onların üçü də bu ilin sentyabrında yerli hökumət başçılığına keçiriləcək seçkidə iştirak etməyəcəklərini bildiriblər.

“Kommersant”ın yazdığına görə, Ryazan və Nijeqorodun qubernatorlarının da istefa verəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi