Yuxarı

​Rusiyada binada partlayış nəticəsində 5 nəfər ölüb - VİDEO

Hadisənin qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir

Bakı. 30 oktyabr. REPORT.AZ/ Rusiyanın Xabarovsk vilayətinin Korfovski qəsəbəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 5 nəfər həyatını itirib.

"Report" TASS-a istinadən xəbər verir ki, sonuncu olaraq dağıntılar altından uşaq meyiti çıxarılıb.

Bina sakinlərinin sözlərinə görə, binada partlayışa mənzillərdən birinin qanunsuz olaraq mərkəziləşdirilmiş qaz təchizatı sisteminə qoşulması səbəb ola bilər.

Hadisə oktyabrın 29-da axşam baş verib. Partlayış nəticəsində üçüncü girişin konstruksiyası uçub. Xilasedicilər dağıntılar altından iki yaşlı qız uşağını çıxartmağa müvəffəq olublar. Hazırda insanların axtarışı davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi